Maaşlar bu tarixdə artırılacaq - Mühüm açıqlama 

Maaşlar bu tarixdə artırılacaq - Mühüm açıqlama 

Sosial Veb saytların hazırlanması

12 Fevral 2024 12:37 41014


Ötən həftə Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır. 

Adətən, hər ilin əvvəlində pensiyaların artımı ilə paralel şəkildə dövlət sektorunda çalışan işçilərin də maaşların artımı ilə bağlı qərar verilirdi. Yəni hər iki müavinətin indekləşdirilməsi təxminən eyni vaxta təsadüf edirdi.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hazırda bu barədə rəsmi məlumat yoxdur: 

“Hələki bununla bağlı hansısa rəsmi məlumat yoxdur. Hər il maaş və pensiyaların indenksləşməsi paralel aparılırdı. Seçkilərdən öncə təqaüdlərlə bağlı qərar verildi. Maaşlara bağlı isə hələ qərar yoxdur. Açığı, bunun nə vaxt olacağını indidən söyləmək də çətindir. Çünki qanunvericilikdə bu artımların müddətləri müəyyənləşdirilməyib. Sadəcə, hökumətin hər il orta aylıq əməkhaqqının artım tempinə və ya infiliyasiya göstəricilərinə uyğun olaraq, əməkhaqlarında indeksləşmə aparmalı olduğu qeyd olunub. Ona görə də indidən nəsə demək çətindir”. 

Ekspert maaşlarla bağlı qərarın yaxın günlərdə verilə biləcəyini istisna etməyib: 

“Ehtimal edirəm ki, yaxın vaxtlarda parlament seçkiləri ilə bağlı qərar verilə bilər. Ola bilsin ki bu qərardan öncə maaş artımı ilə bağlı yeni bir qərarın elan olunması baş versin. Bəlkə də bunlar hansısa bir seçki alqoritminə görə hesablanıb. Amma nə vaxt və hansı gün olacağını söyləmək çətindir”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rasim
    Salam mende Orta mektebde katib isleyirem her sey qalgir amma bizim maaslar qalgmir Buna sebeb ne vaxt bizim maaslarda artim olacaq
    12 days ago
  • ELSEN
    Salam mende resmi isleyirem Dovlet sektorudu yani emek haqqi haqda yani resmi melumat yoxdu Artim neezerde tutulmur Ama ehtimal var yani emek hawlarinin Artmasi ola biler
    15 days ago
  • Geray
    Ozel bank sektorlarinda isleyenlerinde maaslari artmir sohbet on ofis iscilerinden vetandaslarla isleyen şexslerden gedir..Caresizlikden susub oturmusuq
    15 days ago
  • Xuraman
    Salam
    16 days ago
  • Həsən
    Salam məndə dövlət müəssəsində çalışıram sürücüyəm amma maaşım 371 manatdır çox azdı atasız uşağam mənə bir köməklik edin(Çox Sağolun????)
    16 days ago
  • AFİQƏ
    SALAM HƏR KƏSƏ XAİŞ EDİRƏM CAVABLANDIRARDINIZ KÜÇƏ süpürgəçilər on MAAİŞİ NƏ VAXD ARTACAQ KÖHNƏ ŞTATNI İŞÇİYİK KAMXOZDA NOLAR BİZİMDƏ MAAİŞİMİZ ARTIRILSIN ÇOX XAHİŞ EDİRİK ????????????
    16 days ago
  • Rəcəb
    Polislərin maşı nə vaxdı artacaq bütün qurumların maşı üç qat artdı xaiş edirəm dolanışıq çox zəyifdi polislərin maşınada artım olsun 596 manat bizim ailəmizə çatmır ????????
    16 days ago