Maaşlara əlavələr verilməyə başlanıldı: 4 ay birdən

saytların hazırlanması

Evə çatdırılma

Maaşlara əlavələr verilməyə başlanıldı: 4 ay birdən

Sosial

24 Oktyabr 2023 17:19 18462


"Bakı Metropoliteni" QSC-nin işçilərinin maaşları 15 % artırıldığı barədə qərar yanvar ayından qüvvəyə minsə də ilin ilk 4 ayının maaş əlavələri bugünə kimi ödənilmirdi.

“Yeni Sabah” Trend-ə istinadən bildirir ki, bu gündən etibarən metro işçilərinin ödənilməmiş olaraq qalan ilk 4 ayın da əlavələri artıq hesablara köçürülüb.

Qeyd edək ki, Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin imzaladığı protokola və səhmdar cəmiyyətinin sədri Zaur Hüseynovun imzaladığı qərara əsasən 2023-cü ilin əvvəlindən metro işçilərinin maaşlarının 15 % artırılması rəsmiləşdi. Bu qərar 5 minə yaxın metropoliten əməkdaşını əhatə edir. Sezar pizza

Artımlar 1 yanvar 2023-cü ildən etibarən qüvvədə olsa da, maaşa edilən artımlar işçilərin hesabına may ayından etibarən köçürülməyə başlanılmışdı. İlin ilk 4 ayının maaşı isə bu zamana kimi metro işçilərinə verilmirdi.

Xatırladaq ki, maaşa artımlarla bağlı qərar 1 yanvar 2023-cü ildə qəbul edilsə də, səhmdar cəmiyyətinin sədri Zaur Hüseynov bu barədə qərarı may ayında imzalamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!