Macarıstan paytaxtında QEYRİ-ADİ HADİSƏ: Qaban metroya girdi, sərnişinlər təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Macarıstan paytaxtında QEYRİ-ADİ HADİSƏ: Qaban metroya girdi, sərnişinlər təxliyə edildi

Dünya

08 Avqust 2026 22:20 73


Macarıstanın paytaxtı Budapeştdə metro stansiyalarından birində yaralı qabanın peyda olması səbəbindən sərnişinlər təxliyə edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Macarıstanın "Portfolio.hu" xəbər portalı məlumat yayıb.

Məlumata görə, təxminən 60 kiloqram ağırlığında heyvan əvvəlcə ölkə parlamentinin qarşısındakı metro stansiyasının yaxınlığında yerləşən çörək sexində görülüb. Daha sonra qaban işləməyən eskalatorlardan biri ilə "Layoş Koşut meydanı" stansiyasının platformasına enib. pizza sifarişi

Nəqliyyat polisinin əməkdaşı heyvanı görərək stansiyaya gələn qatarın maşinistinə məlumat verib. Bundan sonra təhlükəsizlik məqsədilə platformadakı sərnişinlərdən vaqonlara qayıtmaları xahiş olunub. Qaban qısa müddətə vaqonlardan birinə daxil olub, lakin sərnişinlər xəsarət almayıb.

Daha sonra heyvan qatarı tərk edərək xidməti pilləkənlə relslərə enib, relslərin arasından keçərək qatarın altına girib.

Bu zaman sərnişinlər təxliyə edilib, stansiyanın ətrafı mühasirəyə alınıb. Qabanı fövqəladə halların nəticələrinin aradan qaldırılması xidməti əməkdaşları tutublar.

Hadisə yerinə gələn baytar heyvanın yaralandığını müəyyən edib.//oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!