“Macarıstan Rusiya qazının Avropa İttifaqında maksimum qiymət nöqtəsinin yaradılmasını dəstəkləməyəcək, çünki belə bir addım ölkənin enerji təhlükəsizliyinə təhlükə yaradacaq”.
Yenisabah.az xəbər verir ki, bu barədə oktyabrın 12-də Praqada Avropa İttifaqı ölkələrinin enerji departamentləri rəhbərlərinin iclasının fasiləsində Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyyarto bildirib.
“Biz öz mövqeyimizi saxlayırıq ki, Rusiya qazının qiymətinə süni məhdudiyyət qoyulması təhlükəlidir və Macarıstanın enerji təchizatını təhlükə altında qoyur. Ona görə də biz heç bir halda onu müdafiə etməyəcəyik”, - deyə Siyyarto bildirib. Marqarita pizza
Telegram kanalımız