Madonna zənci uşaqların cinsi istismarında ittiham olunur

saytların hazırlanması

Evə çatdırılma

Madonna zənci uşaqların cinsi istismarında ittiham olunur

Şou

11 Yanvar 2023 13:17 831


Amerikalı müğənni Madonna afrikalı uşaqların alverində, onların cinsi istismarında, həmçinin homoseksuallığı və transseksuallığı təbliğ etməkdə ittiham olunub.

Yenisabah.az oxu.az-a istinadən xəbər verir ki, "Ümumdünya Efiopiya Federasiyası"adlı xeyriyyə təşkilatı dövlət başçısı Lazarus Çakveradan sənətçi haqqında araşdırma aparmağı tələb edib.

Prosesin başlanması tələbinə səbəb müğənninin 2006-cı ildə Afrika ölkələrindən birində təsis etdiyi "Education Malawi" fondu olub. Təşkilatın işi sayəsində Avropa və ABŞ sakinləri afrikalı uşaqları övladlığa götürə biliblər. pizza sifarişi

"Uşaq alveri, cinsi istismar, cinsi köləlik, məcburiyyət, hədələr, fırıldaqçılıq, aldatma və səlahiyyətlərdən sui-istifadə ilə bağlı təhqiqat aparılana qədər Madonna və onun tərəfdaşlarının afrikalı uşaqlarla ünsiyyəti ehtiyat tədbiri olaraq məhdudlaşdırılmalıdır", - federasiyasının bəyanatında deyilir.

Təşkilat həmçinin Madonnanı "digər qadınla ədəbsiz davranışda" ittiham edərək, ölkədə belə hərəkətlərin qanunla cəzalandırıldığını qeyd edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!