Dünyaca məşhur pop ifaçı Madonnanın böyük qardaşı Entoni Cerard Cikkon 66 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə ifaçının bacısının həyat yoldaşı Co Henri sosial media hesabında məlumat yayıb. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.
Qeyd edək ki, Entoni küçədə, körpünün altında yaşayıb və spirtli içki aludəçisi olub. Madonnanın qardaşı ailəsini tənqid edib və yaxınlarını ona yardım əli uzatmamaqda günahlandırıb. Onun Madonna ilə əlaqə saxlamadığı və dəstək istəmədiyi bildirilib. pizza hut
2017-ci ildə Entoni 7 il evsiz qaldıqdan sonra evə qayıtsa da, sonradan yenidən küçədə qalmağa başlayıb.
Telegram kanalımız