2026-cı ilin yanvar ayının əvvəlində ABŞ-yə qaçırılan Venesuelanın sabiq prezidenti Nikolas Maduro təkadamlıq kamerada deyil, Nyu-Yorkdakı Metropoliten Həbs Mərkəzində 18 nəfərlə birgə kamerada saxlanılır.
“Yeni Sabah” Der Spiegel-ə istinadla xəbər verir ki, bunu oğlu Nikolas Maduro Gerra bildirib.
Onun sözlərinə görə, atası əvvəlcə tək saxlanılıb, lakin Pasxa bayramından əvvəl o, birgə kameraya köçürülüb. Maduro böyük həbsxanada ünsiyyət çatışmazlığı yaşamır – kamera yoldaşlarının yarısı ispan dilində danışır. O hər gün evə zəng etmək imkanına malikdir. pizza sifarişi
Maduro Gerra izah edib: “Köçürüldüyündən bəri hər axşam saat yeddi radələrində zəng edir”.
Asudə vaxtlarına gəldikdə isə, oğul atasının televizora baxdığını, ingilis dilini öyrəndiyini və Bibliyanı, eləcə də “Amazon” vasitəsilə göndərilən kitabları oxuduğunu bildirib. Siyahıya Venesuela Konstitusiyası, Simon Bolivarın əsərləri, metafizika, Şekspir və Esxilin əsərləri daxildir.
Ailənin əsas narahatlığı qidalanmadır. “Atam həmişə çox sağlam qidalanırdı: çoxlu tərəvəz, az şəkər. İndi əsasən karbohidrat, yüksək dərəcədə emal olunmuş qidalar və çoxlu duz yeyir”, - deyə Maduro Querraya şikayətlənib.
Bundan əlavə, gənc oğlan həbs zamanı amerikalı əsgərlərin Maduronun dizinə xəsarət yetirdiyini deyib: “Ağrı indi daha az şiddətlidir”.
Telegram kanalımız