Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirildi

Sosial

29 Yanvar 2023 15:04 752


Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 29-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanına hazırlaşanlar üçün sınaq imtahanı keçirilib.

Mərkəzdən Yenisabah.az-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunub.

İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb. Marqarita pizza

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat davam edib. İmtahanın idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb.

Sınaq imtahanı ilə bağlı DİM-də operativ qərargah da fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun təşkil olunub.

İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!