Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadıldı

Sosial

31 İyul 2023 16:56 670


Magistratura səviyyəsinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb.

Yenisabah.az DİM-ə istinadla xəbər verir ki, magistraturaya qəbul olmuş şəxslər avqustun 3-ü saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

Bunun üçün bakalavrlar göstərilən vaxtadək https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. pizza mizza

Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər.

Xatırladaq ki, bakalavrların qeydiyyat prosesinə iyulun 21-dən etibarən başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!