Magistraturaya qəbul olunanların elektron qeydiyyatı başlayır.
"Yeni Sabah" xəbər verir ki, qəbul olunanlar 12 avqust saat 18:00-dək https://my.gov.az/ platforması üzərindən elektron qeydiyyatdan keçməlidirlər. Müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməyən şəxslər qəbuldan imtina etmiş hesab olunacaqlar.
Bu il magistratura səviyyəsinə qəbul üzrə ixtisaslaşma seçimində iştirak edən 15 721 bakalavrdan 13 845 nəfər ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 6 580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabına, 7 213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul olunanların 10 510-u cari ilin, 3 335-i isə əvvəlki illərin məzunlarıdır. pizza mizza
2026-cı ildə magistratura səviyyəsi üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i dolub ki, bu da ümumi planın 78,41 faizini təşkil edir.
Magistraturaya qəbul 67 proqram üzrə aparılıb.
Telegram kanalımız