Magistraturaya sənəd qəbulu davam edir: 10284 bakalavr ərizəsini təsdiqlədib

saytların hazırlanması

Evə çatdırılma

Magistraturaya sənəd qəbulu davam edir: 10284 bakalavr ərizəsini təsdiqlədib

Sosial

08 Fevral 2022 10:48 671


2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu davam edir.

Yenisabah.az xəbər verir ki, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) müvafiq hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq olar.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 10-u saat 23:59-dək qeydiyyat prosesini bitirməlidir. Bu gün saat 09:45-ə olan məlumata görə, 10284 (Azərbaycan bölməsi - 9392, rus bölməsi – 892) bakalavr ərizəsini təsdiqlədib. Dominos pizza

Qeyd edək ki, imtahan fevralın 20-i DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin, informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir. Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!