Magistraturaya sənəd verənlərin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Magistraturaya sənəd verənlərin sayı açıqlandı

Sosial

23 Yanvar 2024 10:44 360


Magistraturaya sənəd qəbulu davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 15-dən başlayıb və 29 yanvar saat 23:59-dək davam edəcək. pizza hut

23 yanvar saat 10:20-yə olan məlumata əsasən 6360 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 5769; rus bölməsi - 591).

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

Qeyd edək ki, imtahan 2024-cü il fevralın 11-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!