"Biz hələ Fransa casuslarının bütün fəaliyyətini ifaş aetməmişik".
Yenisabah.az xəbər verir ki, bunu "İran" qəzetinə müsahibəsində İranın İnformasiya (Kəşfiyat - "Ettelaat") Nazirliyinin rəhbəri İsmayıl Xətib bildirib.
Xarici dövlətlərin İslam Respublikasında baş verən proseslərə müdaxiləsindən söz açan nazir deyib: "Emmanuel Makronun son vaxtlar ölkəmizə qarşı mövqe sərt tutmasının səbəblərindən biri də İnformasiya Nazirliyinin Fransa kəşfiyyatının 2 əməkdaşını ifşa və həbs etməsidir. Biz bu yaxınlarda onların missiyasının yalnız bir hissəsini açıqladıq. Ən vacib və təsirli məsələni hələ bildirməmişik". Marqarita pizza
Nazir əlavə edib: "Nə isə, Makron başına papaq qoyacaq qədər yetkinləşməyib".
İsmayıl Xətib Almaniya hökumətini də fitnə və iğtişaşları dəstəkləməkdə ittihamlayıb: "Bu yaxınlarda alman dövlət xadimləri Kürdüstan bölgəsinə səfərləri zamanı separatçılar və terrorçularla görüşərək onlar vədlər verib. Bu əməl cavabsız qalmayacaq.
Telegram kanalımız