Makron İsrailə səfəri zamanı terror təşkilatlarına qarşı mübarizə üçün regional və beynəlxalq koalisiyanın yaradılmasına çağırıb.
Turkustan.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron İsrailə səfəri zamanı terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün regional və beynəlxalq koalisiya yaratmağa çağırıb.
Emmanuel Makron ölkəsinin İsraillə “tam həmrəyliyini” nümayiş etdirmək üçün Təl-Əvivə gəlib. Toyuqlu pizza
İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşündən sonra birgə mətbuat konfransı keçirən Makron, Fələstinlilərlə sülh prosesinin "qətiyyətli şəkildə yenidən başlaması" ilə bağlı irəliləyişə ümid etdiyini bildirib.
Netehyahu isə HƏMAS-ın İsrail-Fələstin münaqişəsində güclü çıxacağı təqdirdə bütün Avropanın təsirlənəcəyini iddia edib.
Mətbuat konfransında Makron İsraillə həmrəy olduğunu bildirib.
“İŞİD-ə qarşı ABŞ-ın rəhbərliyi ilə yaradılan beynəlxalq koalisiya da HƏMAS-a qarşı mübarizə aparmalıdır”.
Qəzzada bütün əsirlərin azad ediləcəyini gözlədiyini bildirən Makron İŞİD-ə qarşı ABŞ-ın rəhbərliyi ilə yaradılan beynəlxalq koalisiyanın Həmasla da mübarizə aparmasını təklif edib.
Makron həmçinin terror təşkilatlarına qarşı mübarizə üçün regional və beynəlxalq koalisiyanın yaradılmasına çağırıb.
Telegram kanalımız