Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Makronu şoka salan sual: “Yediyin şillə“ necə idi?”
18 İyn 2021 16:30
1427

Makronu şoka salan sual: “Yediyin şillə“ necə idi?”

Emanuel Makron Fransanın şimal-şərqində yerləşən Somma departamentinin Poix qəsəbəsindəki bir ibtidai məktəbi ziyarət edib.

Yenisabah.az xarici mediaya istinadla xəbər verir ki, söhbət zamanı uşaqlardan biri əl qaldıraraq “Yediyin şillə necə idi?” – deyə, sual verib.

Sualdan sarsılan Makron özünü ələ alaraq gülümsəyib və “"Yaxşı bir şey deyildi. Bunu məktəb həyətində belə bir-birinizlə əsla etməməlisiniz. Kimisə vurmaq heç vaxt yaxşı olmaz. Etdiyi səhv idi" – deyə cavab verib.

Xatırladaq ki, ötən gün Fransa Prezidenti Emmanuel Makron ölkənin cənub-şərqinə rəsmi səfəri zamanı yerli sakin tərəfindən şillələnmişdi.

Makronu şoka salan sual: “Yediyin şillə“ necə idi?”
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər