Maliyyə ayrılan saytlar bundan necə istifadə edəcək?   - “Nəhayət, “qara mühasibatlıq” anlayışı ortadan qalxacaq”

saytların hazırlanması

Evə çatdırılma

Maliyyə ayrılan saytlar bundan necə istifadə edəcək? - “Nəhayət, “qara mühasibatlıq” anlayışı ortadan qalxacaq”

Sosial

03 İyul 2021 14:42 1272


Məlum olduğu kimi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri açıqlanıb.

Qalib olan saytlar sırasında yer alan Yenisabah.az-ın baş redaktoru Seymur Verdizadə qeyd edib ki, maliyyə ayrılan saytlar əmək münasibətlərinin leqallaşdırılmasının qeydinə qalacaq, nəhayət, “qara mühasibatlıq” anlayışı ortadan qalxacaq:

Baş redakor bildirib ki, Medianın İnkişafı Agentliyinin saytlar üçün təşkil etdiyi müsabiqənin nəticələrinin birmənalı qarşılanmaması normaldır: pizza sifarişi

“Aydın məsələdir ki, hamı rəhbərlik etdiyi, yaxud çalışdığı saytın adını qaliblərin siyahısında görmək istəyir. Ümid edirəm ki, narazılıqlar araşdırılacaq, təkliflər nəzərə alınacaq. MEDİA rəhbərliyi müzakirələrə açıqdır, bütün rəyləri dinləmək istəyir.

MEDİA-nın qapısı jurnalistlərin üzünə açıq olduğu üçün hər kəs öz fikrini sərbəst şəkildə ifadə edə bilər. Hesab edirəm ki, KİV-in maddi sıxıntı içində olduğu indiki dönəmdə dövlətin maliyyə dəstəyi verəcəyi qəzet və saytların seçimi əvvəlki dövrlə müqayisədə xeyli obyektivdir. Siyahıya nəzər salsaq görərik ki, orada çox sayda müstəqil media orqanının adı var. Bu fakt özlüyündə əhəmiyyətli irəliləyişdir və müstəqil mətbuatın inkişafına töhfə sayıla bilər.

MEDİA indiyə kimi qəzetlərə maddi dəstək vermişdi. Saytlarla bağlı bu addım isə ilk ciddi təcrübədir. Bu qərar qəbul edilərkən tanınmış jurnalistlərlə müntəzəm məsləhətləşmələr aparılıb, media ictimaiyyətinin rəy və təklifləri nəzərə alınıb. Qarşıdakı dövrdə bu praktika daha da təkmilləşəcək. Ən çox təqdir etdiyim məqam MEDİA-nın bu müsabiqə üçün irəli sürdüyü şərtlərdir. Qalib olan saytlar əmək münasibətlərinin leqallaşdırılmasının qeydinə qalacaq, nəhayət, “qara mühasibatlıq” anlayışı ortadan qalxacaq. Bu isə jurnalistlərin gələcəkdə daha yaxşı pensiya alması deməkdir. Dövlət dəstəyinin jurnalistin gələcək təminatının yaxşılaşdırılmasına yönəlməsini alqışlayıram”./Bakı-xəbər


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!