Maliyyə Nazirliyi yoxladı, məhkəmə cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

Maliyyə Nazirliyi yoxladı, məhkəmə cərimələdi

İqtisadiyyat

20 Avqust 2026 15:01 61


"Yeni Bilgəh Oteli" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) inzibati məsuliyyətə cəlb olunub. 

“Yeni Sabah” xəbər verir ki, Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin keçirdiyi yoxlamalar zamanı məlum olub ki, otel rəhbərliyi 2024-cü ilə aid maliyyə hesabatlarının 2025-ci ildə məcburi auditini təşkil etməyib.

Aşkarlanmış qayda pozuntusu ilə bağlı MMC-yə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən protokol yazılaraq baxılması üçün Sabunçu Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmənin çıxardığı qərara əsasən, şirkət 1500 manat məbləğində cərimə edilib. pizza hut

Məlumat üçün bildirək ki, "Bilgah Beach Hotel" adı altında tanınan bu istirahət kompleksi əvvəllər "Jumeirah Beach Hotel" brendi ilə fəaliyyət göstərirdi. Mövsümi işləyən otel 2027-ci ilin yayına kimi fəaliyyətini müvəqqəti dayandırdığını bəyan edib. Nizamnamə kapitalı 70 milyon manat təşkil edən şirkətin qanuni təmsilçisi Əliş Nəsirovdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!