Maliyyə Nazirliyində mühüm görüş: Büdcə sistemi ilə bağlı yeni islahatlar müzakirə edildi

saytların hazırlanması

Evə çatdırılma

Maliyyə Nazirliyində mühüm görüş: Büdcə sistemi ilə bağlı yeni islahatlar müzakirə edildi

İqtisadiyyat

30 İyun 2026 17:23 83


İyunun 30-da Azərbaycan Respublikası Maliyyə Nazirliyində Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən “Yeni Sabah”a faxil olan xəbərə görə, görüşdə Nazirliyin Aparatının Nəticəəsaslı büdcə siyasəti şöbəsinin müdiri İlham Kərimov nəticəəsaslı büdcə mexanizminin tətbiqi istiqamətində həyata keçirilən islahatlar, proqram və nəticə əsaslı büdcələşmə sahəsində görülən işlər, yeni sektorların islahatlara cəlb olunması, habelə bu sahədə perspektiv inkişaf istiqamətləri barədə ətraflı məlumat verib.

 Nəticəəsaslı büdcə mexanizminin tətbiqinin genişləndirilməsi məqsədilə proqram və tədbirlər üzrə hədəf və nəticə göstəricilərinin müəyyən edilməsi, büdcə planlarının hazırlanması və monitorinqinin həyata keçirilməsi, yeni sektorların islahatlara cəlb olunması, həmin sektorlarda büdcə təşkilatları üçün təlimlərin təşkili, eləcə də metodoloji dəstəyin göstərilməsi istiqamətində işlər davam etdirilir. Marqarita pizza

Görüş zamanı nəticəəsaslı büdcə mexanizminin tətbiqinin genişləndirilməsi, yeni sektorların islahatlara cəlb olunması, monitorinq mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə görüləcək növbəti tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

İctimai şuranın sədri İnqilab Əhmədovun və digər şura üzvlərinin təklifləri dinlənilib, nəticəəsaslı büdcə islahatlarının uğurla davam etdirilməsi və bu istiqamətdə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!