Maliyyə Nazirliyindən yeni istiqraz hərracı

saytların hazırlanması

Evə çatdırılma

Maliyyə Nazirliyindən yeni istiqraz hərracı

İqtisadiyyat

27 Avqust 2026 13:18 107


Azərbaycan Respublikası Maliyyə Nazirliyi ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərracın keçiriləcəyini elan edib.

“Yeni Sabah” xəbər verir ki, İSİN kodu AZ0201240014 olan bu qiymətli kağızların ümumi nominal dəyəri 200 000 000 manat, miqdarı 2 000 000 ədəd, hər birinin nominal qiyməti isə 100 manat təşkil edir. Tədavül müddəti 1080 gün (3 il) olan istiqrazlar üzrə illik kupon dərəcəsi 7,0% müəyyənləşdirilib. Kupon ödənişləri 2027, 2028 və 2029-cu illərin 1 mart və 1 sentyabr tarixlərində olmaqla 6 mərhələdə həyata keçiriləcək, əsas borc məbləği isə 1 sentyabr 2029-cu ildə tam ödəniləcək.

Hərracın qaydalarına əsasən, qeyri-rəqabətli sifarişlər ümumi buraxılışın maksimum 20%-i həcmində daxil edilə bilər. Daxil olan sifarişlərin həcmi təklif olunan məbləğin 20%-dən aşağı olarsa, Emitent (Maliyyə Nazirliyi) onları qəbul etməyə bilər. Tələb təklifi üstələyəcəyi və təklif olunan qiymətlər əlverişli olacağı təqdirdə isə satışa çıxarılan istiqrazların həcmi 100 faizədək artırıla bilər. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!