Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Maral Nacaryan əsirlik həyatından danışdı: “Benzini görəndə elə bildim bizi yandıracaqlar”
18 Sen 2021 08:41
36139

Maral Nacaryan əsirlik həyatından danışdı: “Benzini görəndə elə bildim bizi yandıracaqlar”

Qarabağ müharibəsində Azərbaycana əsir düşmüş Livan vətəndaşı olan Maral Nacaryan yenidən Ermənistana gedib. 

“Yeni Sabah” erməni mediasına istinadən xəbər verir ki, o, Ermənistana girişdə problemlə qarşılaşıb:

“Keçən dəfə gələndə pasportuma giriş möhürü vurulmuşdu. Sonra məni Şuşada tutub əsir apardılar. Ardınca da Livana göndərildiyim üçün çıxış möhürü vurulmamışdı. 

Burada soruşdular ki, bəs pasportun hanı, dedim Azərbaycanda qalıb. Dedilər necə yəni, dedim əsir düşmüşdüm. Maskanı aşağı salanda tanıdılar məni”.

Maral Nacaryan deyir ki, o Ermənistana işləmək üçün gəlib: “Keçən dəfə bir az tərəddüdlü idim. Bu dəfə daha əminliklə gəldim. Mən dınaq bəzəkləri ilə məşğulam və öz peşəm üzrə çalışmaq istəyirəm”.

Maral necə əsir düşməsini də danışıb: “Bir gün dedilər ki, azərbaycanlılar filan yeri tutub. O biri gün deyirdilər yalandır. Biz də bu sözə inanıb Şuşaya getdik. 

Bizi Şuşa yaxınlığında Azərbaycanlı əsgərlər saxlayanda elə bildik ki, sənədləri yoxlayıb buraxacaqlar. Elə ki, Vigeni (Maralla tutulan erməni) döyməyə başladılar, anladım ki, durum heç də düşündüyüm kimi deyil. 

Sonra gözümüzü bağlayıb uzun bir dağ yolu ilə apardılar. Bizi “cip”ə mindirdilər. Onun içərisində benzinlə dolu kanstr vardı. Benzini görəndə canıma vəlvələ düşdü. Düşündüm ki, bizi yandıracaqlar, ağlamağa başladım. Vigenin telefonunda Azərbaycan əsgərləri onun hərbi formada şəklini görəndən sonra aqressivləşdilər.

Vigeni Bakıda muzdlu döyüşçü kimi 20 illik həbs cəzasına məhkum ediblər. 

Vigen mənim nişanlım idi. Əsirlik müddətində eyni həbsxanada olsaq da, bir-birimizi görmədik. Bir dəfə gözlərim bağlı olsa da onun səsini eşitdim. 

Vigenin azad olunacağını düşünürdüm. Amma onun cəbhənin ən ön xəttində olan fotoları əsas verdi ki, uzunmüddətli həbs verilsin. Allah bilir bir də görüşə biləcəyikmi?

Azərbaycan tərəfi könüllülərə, əsgərlərə normal münasibət göstərsələr də, birinci Qarabağ müharibəsinin iştirakçılarına qarşı çox sərt davranırdılar. Mənimlə yumuşaq davranış hərbidən, Qarabağ müharibəsindən uzaq olmağımla bağlı idi. 

Əsirliyimiz 3-cü ayında Qırmızı Xaçdan gələn nümayəndədən tezliklə azad olunacağım xəbərini aldım. Qapının nəfəsliyini açdılar və dedilər ki hazırlaş gedirsən”. 

 

  • İdrisov Rafət
    İdrisov Rafət
    Gərək ona da 20 il cəza kəsilərdi...
    28 days ago Cavab 0
  • Ramin
    Ramin
    Seni nahaq buraxdilar
    28 days ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər