Marketinqdə yeni dövr başlayır: Süni intellekt kimləri işsiz qoya bilər?

saytların hazırlanması

Evə çatdırılma

Marketinqdə yeni dövr başlayır: Süni intellekt kimləri işsiz qoya bilər?

İqtisadiyyat

15 İyul 2026 11:15 155


Reklam və marketinq sektorunda süni intellektin tətbiqi həm yeni rəqabət mühiti formalaşdırır, həm də işçi qüvvəsinin ixtisarı ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Bu mövzunun həm müsbət, həm də mənfi tərəfləri var və hər iki aspektdən qiymətləndirilməlidir.  

Bu mövzuda “Yeni Sabah”a açıqlamasında marketoloq Müşviq İskəndərov öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, maddi dayanıqlılığı yüksək olan iri markalar süni intellektdən daha çox istifadə edirlər:

“Burada əsas rol marketinqin strateji mesajına məxsusdur. Hazırda süni intellektlə bağlı əsas narahatlıq markaların strateji hədəflərinin olmamasıdır. Bir çox marka yalnız reklam çarxlarının hazırlanmasına fokuslanır. Unutmaq olmaz ki, reklam filmi marketinqin yalnız bir elementidir. Markanın dəyəri, dəyər ekvivalenti, ölçülə bilən strateji mövqeyi, bazardakı yeri və demoqrafik vəziyyətə uyğun fəaliyyəti qiymətləndirilmədikdə, ortada tam formalaşmış marka anlayışı yaranmır. Süni intellekt məsələsində də eyni problem müşahidə olunur. Düşünürəm ki, süni intellektdən ən səmərəli və düzgün istifadə edə biləcək markalar məhz əvvəlcədən öz strateji yol xəritəsini müəyyənləşdirmiş markalardır”. Toyuqlu pizza

M. İskəndərov qeyd edib ki, ikinci tərəf isə bazarda insan əməyinin dəyərinin dəyişməsi və bəzi iş yerlərinin azalması ilə bağlıdır:

“Bu proses qaçılmaz görünür. Lakin bunu yalnız mənfi hal kimi qiymətləndirmək düzgün olmaz. Çünki bu, eyni zamanda əl əməyinin və insan yaradıcılığının dəyərini artıracaq. Doğrudur, bu proses işsizliyin artmasına müəyyən təsir göstərəcək və marketinq sektorunda, xüsusilə strateji düşünmə qabiliyyəti tələb etməyən sahələrdə çalışanlara daha çox təsir edəcək. Ancaq digər tərəfdən, insanın iştirak etdiyi, emosional bağ yaradan reklam çarxlarının dəyəri yüksələcək. Tələb artdıqca, aktyor oyunu, rejissor işi və digər yaradıcı əməyin qiyməti də bahalaşacaq. Nəticədə bazarda belə bir tendensiya formalaşacaq”.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!