Marketlərdə ağlasığmaz fırıldaq - İstehlakçılar bu cür aldadılır

saytların hazırlanması

Evə çatdırılma

Marketlərdə ağlasığmaz fırıldaq - İstehlakçılar bu cür aldadılır

Sosial

06 Noyabr 2023 15:15 13685


Müştərilərin marketlərdə aldadılması hallarına rast gəlinməsi artıq adi hala çevrilib. 

Son vaxtlar “Ərzaqların üstündə göstərilən qiymətlə kassada vurulan qiymət uyğun gəlmir” kimi şikayətləri tez-tez eçidirik.  Çox vaxt məhsulun endirimdə olduğu yazılır, lakin malı kassada vuranda məlum olur ki, satış endirimsiz qiymətlə həyata keçirilir. 

Belə halla qarşılaşan zaman irad bildirdikdə satıcılar vitrindəki məhsulların qiymətlərini dəyişməyi unutduqlarını, görmədiklərini, bilmədiklərini və yaxud endirimli kampaniyanın bitdiyini bəhanə edərək vəziyyətdən çıxmağa çalışırlar.  pizza sifarişi

Bəs, bu halla qarşılaşan müştərilər nə etməlidir? 

Məsələ ilə bağlı Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov Yenisabah.az-a danışıb. O bildirib ki, bu cür problemlə müştərilər tez-tez qarşılaşır və aldadılırlar: 

“Marketlərdə qiymətlə bağlı bu cür aldadılma çox geniş yayılmış problemdir. Taxçalarda malın aşağı qiymətə satıldığını görsək də, skanerlə məhsulu oxudanda yüksək qiymət deyilməsi çox yayılmış məsələlərdəndir. Xüsusən kartla ödənişlərdə bu tip problemlə qarşılaşmaq olur. Hökumət siyasət aparır ki, əhali nağdsız ödənişlərə keçsin, lakin marketlər də bundan sui-istifadə edir. Eləcə də marketlərdə endirimli mallar yığılır və yanına endirimsiz məhsullar da qoyulur. İstehlakçı endirimi görür və elə bilir ki, kampaniya bütün məhsullara aiddir. Kassada məlum olur ki, endirim həmin məhsula aid deyil. İstehlakçılar ölkədə bu cür aldadılır. Kassadan verilən qəbzlə malın üzərində yazılan qiymət arasında fərq varsa, bu, qanunun pozulması deməkdir”.

Ekspert alıcıların bu kimi hallarla qarşılaşdıqda nə etməli olduğunu açıqlayıb: 

"Əgər müştəri bu cür halla qarşılaşarsa, əvvəlcə kassada ona verilən çekin şəklini çəkməli, daha sonra zala daxil olaraq məhsula qoyulan qiymətin şəklini çəkməlidir, əlində bu sübutlar olduqdan sonra mağaza müdirinə problemi deməlidir və çalışmalıdır ki, öz iştirakı ilə həmin qiymət dəyişdirilsin. Əgər problem həll edilməzsə, 195 qaynar xəttinə zəng vurmalı, fotofaktları da onlara göndərməlidir. Müştəri çalışmalıdır ki, dövlət orqanları gəlib orada  yoxlama aparsın, bu süni qiymət artımıdır. Yolverilməzdir və istehlakçıların aldadılmasıdır. Digər məsələ kartla ödənişdə problemin daha çox olmasıdır, hər adam kartdan çıxılan məbləğə və çekə baxıb qiymətləri müqayisə etmir”. 

E.Hüseynov bildirib ki, müştərilər tez-tez almadıqları məhsula görə pul ödəyir və buna diqqət yetirmirlər:

“Azad İstehlakçılar birliyinə gələn şikayətlər və şəxsi müşahidələrimə görə deyə bilərəm ki, bu cür aldadılmalar hədsiz çox olur. Hər il istehlakçılar almadığı məhsulun çekə vurulmasına görə təqribən 500 milyon manat pul ödəyirlər. Ona görə də istehlakçı mağazadan çıxmadan telefonuna gələn SMS-ə, kartdan çıxılan məbləğə və kassa çekinə mütləq diqqətlə baxmalıdır. 

Bu istehlakçının aldadılmasıdır, hökumətin istehlakçı siyasəti bərbad vəziyyətdədir. İstehlakçı hüquqlarını qorumağa cavabdeh olan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yarıtmaz vəziyyətdə işləyir. Belə şəraitdə istehlakçılar demək olar ki, hər gün aldadılırlar. Ona görə də müştərilər ictimai məsuliyyətlərini yerinə yetirməli, bununla mübarizə aparmalıdırlar”. 

 Əsmətxanım Rzazadə 

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Seymur
    Xeyr bu əsas personal məsulyətsizliyindən qaynaqlanır. Çünki vaxtında rəfqiymətlərin dəyişsə bu hallar baş verməz
    3 years ago
  • Mais m.
    Çünki hamı "haqq" verir...
    3 years ago
  • Nano Texno
    Balıq başdan iylənir, yüksək vəzifədəkilər göz yummasa jeç bir market buna cürət etməz niyə xaricdə ölkə üzrə heç bir marketdə buna rast gəlinmir, çünki elə cərimələr tətbiq edilir ki, lisenziya ləğvinə qədər cürət edə bilməzlər,biz də isə şapla,krışa buna imkan vermir.
    3 years ago
  • Bəhruz
    Bu məsələ bu vaxtlar çox aktualdır,yəni çox güman ki,bu addımlar, vergilərlə və ya digər aidiyyatı qurumlarla razılaşdırılıb,yoxsa market sahibləri bu cür aldatmalara cürət etməzlər,Əgər bu cür pozuntulara yol verən obyekt sərt cəzalansa, heç kəs buna cürət etməz.
    3 years ago
  • Nurəddin Vəliyev
    Bəli,belə bir hadisə mənim də başıma gəlib.Sumqayıtda,hiper marketdə.Malı endirimdə görüb adətən 1ədəd aldığım maldan bir neçə ədəd aldım.Ödənişi kart ilə etdim.Təsadüfən qəbzə baxanda aldanıldığımı başa düşdüm.Bu az imiş kimi özlərinə bəraət qazandırırdılar.Əsəbləşib bütün aldığım malları geri qaytardım.Siz düz buyurdunuz, qəbzi mütləq nəzərdən keçirmək lazımdır!
    3 years ago