Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Yeni Sabah" xəbər verir ki, 18 yaşlı Məsləhət Cabbarov idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən Lənkəran rayon sakini Amid Məmmədzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində M. Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dördpendirli pizza
TƏBİB-dən bildirilib ki, Masallı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2008-ci il təvəllüdlü Məsləhət Cabbarov qapalı kəllə-beyin travması ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Komatoz vəziyyətdə olan şəxsə bütün zəruri reanimasiyon tədbirlərin göstərilməsinə baxmayaraq, ölüm faktı qeydə alınıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Telegram kanalımız