Masazırda 4 milyon 250 min manatlıq villa - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Masazırda 4 milyon 250 min manatlıq villa - Fotolar

Sosial

22 May 2024 13:02 11710


Bakıda hər gün fantastik qiymətə villalar satışa çıxarılır. Bununla bağlı müxtəlif elan saytlarında məlumatlara rast gəlmək olar. Xüsusən də topraq sahəsi daha geniş olan villaların qiyməti bahadır. Əsasən, şəhərin mərkəzində, Mərdəkar, Badamdar, Şüvəlanda yerləşən bu villalar lüks və dəbdəbəli şəraiti ilə seçilir.

Yenisabah.az xəbər verir ki, bu dəfə 4 milyon 250 min manata satışa çıxarılan villa isə Masazırda yerləşir.

Lüks villa Masazırın giriş hissəsində, 17 sot ərazidə yerləşir və klassik üslubda təmir olunub. Marqarita pizza

Satıcı iddia edir ki, villanı çəkilən xərcdən 2 dəfə aşağı qiymətə satır.

Sözügedən villanın 1200 kvadrat metr sahəsi var və 10 otaqdan ibarətdir. Mülkdə olan bütün əşyalar İtalyadan sifarişlə gəlib və ev əşyaları ilə birgə satılır.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!