Maska idxalının rüsumdan azad olunması daha 6 il uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Maska idxalının rüsumdan azad olunması daha 6 il uzadıldı

Sosial

18 Aprel 2023 12:49 518


Azərbaycanda tibbi maska istehsalı üçün idxal olunan xammal 2030-cu ilin dekabrın 31-dək gömrük rüsumdan azad edilir.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliyə görə, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə 3 fərqli formalı hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallarıın idxalı gömrük rüsumundan azadolma müddəti 2030-cu ilin dekabrın 31-dək uzadılıb. Sezar pizza

Qeyd edək ki, eyni kateqoriyalı məhsullar üçün idxal rüsumundan azadolma ikinci dəfədir artırılıb. Belə ki, sonuncu dəfə Nazirlər Kabineti 2022-ci ilin noyabrın 5-də bu müddəti 2024-cü ilin dekabrın 31-dək artırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!