Maska taxın, özünüzü qoruyun! - TƏBİB-dən ÇAĞIRIŞ 

saytların hazırlanması

Evə çatdırılma

Maska taxın, özünüzü qoruyun! - TƏBİB-dən ÇAĞIRIŞ 

Sosial

28 İyul 2022 11:43 983


Son aylarda bütün dünyada COVID-19 virusuna yoluxma hallarında ciddi artım var. Mövcud vəziyyət bizim ölkəmizə də təsirsiz ötüşmədi. Azərbaycanda son həftələrdə yoluxma hallarında ciddi artım müşahidə edirik. Hazırda ölkəmizdə təşvişə səbəb olacaq vəziyyət yoxdur.

Yenisabah.az xəbər verir ki, bu sözləri TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, epidemioloji vəziyyət sabitdir və nəzarət altındadır. TƏBİB rəsmisi qeyd edib ki, buna baxmayaraq, risk qrupuna aid olan şəxslər özlərini qorumalıdır. Dördpendirli pizza

"Qapalı məkanlarda, kütləvi insanların toplandığı yerlərdə maskadan istifadə edilməsini, məsafənin saxlanılmasını və əl gigiyenasına əməl edilməsini tövsiyə edirik. Eyni zamanda koronavirusa qarşı 3-cü doza peyvənd vaxtları gələn şəxslərin payız ayları öncəsi vaksin vurdurması vacibdir” - Yaqut Qarayeva vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!