Maxi.az-ın bu reklamı tənqid edildi:   Biabırçı irqçilik - Video

saytların hazırlanması

Evə çatdırılma

Maxi.az-ın bu reklamı tənqid edildi: Biabırçı irqçilik - Video

Sosial

24 May 2022 14:26 2385


Son dövrlərdə böyük markalara aid çox saylı irqçi reklam kampaniyaları ilə qarşılaşırıq. Üstəlik bu reklamların bəzilərində irqçilik ünsürü o qədər bariz nəzərə çarpır ki, bəzən “Görəsən, markalar diqqət çəkmək üçün qəsdən irqçi reklamlar yayımlayırlar" sualını ağıllara gətirir.

Yenisabah.az xəbər verir ki, irqçi reklamları ilə gündəmə gələn şirkətlər sırasına “Maxi.az” da qoşulub.

Belə ki,  elektronika və məişət texnikası mağazalar şəbəkəsi bu gün sosial şəbəkə hesabında 25 May - Afrikanın Azadlığı Günü münasibətilə endirim kampaniyası elan edərək, videoçarx paylaşıb. Sezar pizza

“25 May - Afrikanın Azadlığı Günü münasibətilə seçilmiş qara məhsullara endirimlərimiz var. Dostlarımızın azadlığını bizimlə qeyd et, 50%-ə qədər endirimlərdən faydalan” şüarı ilə paylaşılan kampaniya izləyicilərin sərt reaksiyası ilə üzləşib.

Sosial şəbəkə istifadəçiləri şirkəti irqçi reklama görə tənqid atəşinə tutublar.

Sözügedən reklamı təqdim edirik:

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!