May ayının sosial ödənişləri ilə bağlı VACİB MƏLUMAT - Bu tarixdə... 

saytların hazırlanması

Evə çatdırılma

May ayının sosial ödənişləri ilə bağlı VACİB MƏLUMAT - Bu tarixdə... 

Sosial

24 May 2024 10:14 17818


Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. 

Bu barədə qurumdan “Yeni Sabah”a məlumat verilib. Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən ay ərzində nəzərdə tutulmuş qrafiklər üzrə ödənişlər vaxtında həyata keçirilir. 

Belə ki, mayın 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, mayın 18-də isə respublikanın ayrı-ayrı bölgələrində qeydiyyatda olan, eləcə də güzəştli şərtlərlə pensiya alan şəxslərin pensiyaları ödənilərək yekunlaşıb. Bu gündən isə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsinə başlanıb. Beləliklə, ay bitməmiş mayın 24-də bütün sosial ödənişlərin ödənilməsi prosesi tam başa çatdırılmış olacaq. Dördpendirli pizza

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!