Maykl Ceksonun kraliçaya göndərdiyi “sirli” məktublar - Cangüdəni danışdı 

saytların hazırlanması

Evə çatdırılma

Maykl Ceksonun kraliçaya göndərdiyi “sirli” məktublar - Cangüdəni danışdı 

Şou

12 Noyabr 2019 12:47 1007


Pop musiqisinin kralı Maykl Cekson kraliça II Elizabetə dəfələrlə məktubla müraciət edib.

“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə müğənninin keçmiş cangüdəni açıqlama verib.

İddiaya görə, məşhur müğənni cəngavərlik titulu almaq üçün Böyük Britaniya kraliçasına müraciət edib.  M.Ceksonun şahzadə Diana ilə dostluğuna baxmayaraq, Elizabet onun müraciətlərini cavablandırmayıb. Cavab almadığını görən Cekson yüksək vəzifəli siyasətçidən yardım istəsə də, bunun bir faydası olmayıb. 

“Onun ən böyük arzusu kraliçadan  fəxri ad  almaq olub”, – deyə mərhum ifaçının Cangüdəni bildirib. 

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarından olan dünyaca məşhur müğənni Maykl Cekson 2009-cu ildə Los-Ancelesdə, 50 yaşında dünyasını dəyişib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!