16 Avqust - 05:01
MDB ədliyyə nazirləri növbəti dəfə Düşənbədə toplaşacaq

MDB ədliyyə nazirləri növbəti dəfə Düşənbədə toplaşacaq

Bölgə

02 İyul 2022 09:13 545


MDB-yə üzv dövlətlərin Ədliyyə Nazirləri Şurasının növbəti iclası Düşənbədə keçiriləcək.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bu barədə qərar Sankt-Peterburqda başa çatan 16-cı iclasda qəbul edilib.

“Tacikistanın ədliyyə naziri Müzəffər Aşurien 2023-cü il üçün Müstəqil Dövlətlər Birliyinin Ədliyyə Nazirləri Şurasının sədri seçilib”, - deyə Tacikistan Ədliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, iclas iyunun 29-dan iyulun 1-dək Sankt-Peterburqda Rusiyanın ədliyyə naziri Konstantin Çuyçenkonun sədrliyi ilə keçirilən 10-cu Beynəlxalq Hüquq Forumu çərçivəsində keçirilib.

Tədbirdə Ermənistanın ədliyyə naziri Karen Andreasyan, Belarusun ədliyyə nazirinin müavini Nikolay Starovoytov, Qırğızıstanın ədliyyə naziri Ayaz Baetov və Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov iştirak ediblər.

"Şura üzvləri hüquqi siyasət və hüquqi islahatların aparılmasında ədliyyə nazirliklərinin rolunu, vəkillik sahəsində aktual məsələləri və məhkəmə ekspertiza müəssisələrində məhkəmə ekspertizasının keyfiyyətinin artırılmasını müzakirə ediblər", - deyə məlumatda qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!