Məcburi köçkünlərin boşalan mənzilləri kimə veriləcək?

saytların hazırlanması

Evə çatdırılma

Məcburi köçkünlərin boşalan mənzilləri kimə veriləcək?

Sosial

26 Oktyabr 2023 08:36 32713


Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş şəxslərin, şəhid olan qəhrəmanların ailə üzvlərinin sosial müdafiəsi, həmçinin onların mənzillə təminatı istiqamətində tədbirlərin gücləndirilməsi ölkə rəhbərinin müəyyənləşdirdiyi əsas vəzifələrdəndir.

“Yeni Sabah” Herbiand.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Vətən Müharibəsində şəhid olmuş qəhrəman övladların doğmalarına da ev veriləcəyini bəyan edib. 

Hazırda keçmiş məcburi köçkünlər də öz doğma yurdlarına qayıtdıqdan sonra boşalan mənzillərin də şəhid ailələri və qazilərə veriləcəyi bildirilib. Artıq Laçın, Füzuli rayon mərkəzlərinə və bir neçə kəndə geri dönüş başlayıb. Bəs keçmiş məcburi köçkünlərin boşaltdığı mənzillərin şəhid ailələrinə və qazilərə verilməsi ilə bağlı qərar verilibmi?  pizza hut

Bununla əlaqədar "Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyinin sədri, qazi Rey Kərimoğlu ilə əlaqə saxladıq. Birlik sədrinin Herbiand.az-a verdiyi məlumata görə, bu günədək boşalan mənzillər şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına verilib. Rey Kərimoğlu prosesin növbəti mərhələlərdə də davam edəcəyinə ümidvar olduğunu bildirdi. 

Qeyd edək ki, boşalan mənzillərin satışa çıxarılması məsələsi də gündəmdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Asef
    Salam mende vetranam kirayede yasayiram 2usaqla bizide nezere alin
    3 years ago
  • Javair
    Veteranlara verilsin!!!
    3 years ago
  • Zamin
    2ci Vətən müharibəsi Qazisiyəm ailəmlə və 2övladımla cox cətin vəziyətdə kirayədə yaşayırıq
    3 years ago
  • Ceyhun
    Ehtiyata Ol Herbiciyem Vetran imkan daxilde bizde Nezer al İk övladım var 2019 cü.ilden bugüne geder Krayede galram hecur catra bilmrem
    3 years ago
  • Ceyhun
    Ehtiyata oln. Hərbiçi Vetran 2019.cu ilden Bugune geder Krayede galram. 2 Övladım var hecur catra bilmrem İmkan daxlde Bizde Nezer alın
    3 years ago
  • Miryaver
    Salam vetranlara verilse yaxşi olardi kirayed qalgi
    3 years ago
  • Camal
    Sakam vetranlara verilse yaxşi olardi
    3 years ago
  • NURLAN
    VETİRANLARA VERİLİSƏ YAXŞI OLAR
    3 years ago
  • Elxan
    Mən 2016 Aprel və 2020 Vətən muharibəsi İstirakçısyam və hal hazırda Evsizəm Vetiranlarada Ev verilsə daha yaxşı Olardı
    3 years ago
  • Hidayət
    Namiq qardaş bu fikirdən səni dəstəkləyirəm əyər veteranlarada verilsə yaxşı olardı
    3 years ago
  • Ханлар
    Var olsun Ali Baş Komandan! Sizinlə fəxr edirik, Cənab Prezident!
    3 years ago
  • Namiq
    Vetranlar da verilsə lap yaxşı olar onlarda mənzilnən təmin olsalar lap yaxşı olar qazi qardaşımız Rey Kərimoğlu un əlaqə nömrəsini bizə yazardınız zəhmət olmasa
    3 years ago