Məcburi köçkünlərin yaşadığı evlər dövlət hesabına təmir olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Məcburi köçkünlərin yaşadığı evlər dövlət hesabına təmir olunacaq

Sosial

25 May 2021 10:37 2036


Ağdam rayon icra hakimiyyəti təmir işləri ilə bağlı elan etdiyi tenderə yekun vurub. 

“Yeni Sabah” xəbər verir ki, 119 min 341 manatlıq tenderin qalibi “Qarabağ təmir tikinti” MMC olub.

Müsabiqənin şərtlərinə görə şirkət Ağdam rayon Quzanlı qəsəbəsində daş evlər adlanan ərazidə məskunlaşmış məcburi köçkünlərin yaşayış evlərinin təmir olunmasını həyata keçirməlidir. Dominos pizza

Oxşar bir tenderə Qaçqınların və Məvburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də yekun vurub. Maraqlıdır ki, eyni gündə yekun vurulan bu tender də Ağdam rayonunda fərdi yaşayış evlərinin təmiri işlərini nəzərdə tutur.

Tenderin qalibi  “City Construction” MMC olub. Dəyəri isə 255 min 139 manatdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!