Prezidentin yüksək vəzifə verdiyi Adil Kərimli kimdir?   - DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin yüksək vəzifə verdiyi Adil Kərimli kimdir? - DOSYE

Maraqlı

22 Dekabr 2022 13:11 2312


Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilib. 

Sərəncamla Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası birinci müavin Adil Kərimliyə həvalə edilib. 

Qeyd edək ki, Adil Kərimli bu təyinatadək Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində çalışırdı. pizza sifarişi

Yenisabah.az saytı Adil Kərimlinin qısa dosyesini təqdim edir:

Adil Qabil oğlu Kərimli Bakı Dövlət Universiteti, hüquq fakültəsinin həm bakalavr, həm də magistr pillələrini bitirib.

Daha sonra Bakı Dövlət Universitetində cinayət hüququ ixtisaslaşması üzrə doktorantura təhsili alaraq, hüquq üzrə fəsəfə doktoru elmi dərəcəsinə yiyələnib.

O, doktoroantura işi üçün "Qəsdən adam öldürmə cinayətlərinin tövsüfündə motivin yeri və rolu" adlı dissertasiya işi müdafiə edib.

Adil Kərimli İtaliyada  "Beynəlxalq və transmilli cinayətlər" istiqaməti üzrə ixtisaslaşma kursu keçib.

Daha sonra "Pro Bono" Vəkil Bürosunda çalışıb.

2010-cu ildə Azərbaycanın "Eurovision" yarışmasındakı nümayəndə heyətinin rəhbəri işləyib.

Prezident İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilib.

İngilis və rus dillərini bilir./Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!