MEDİA-nın təşkilatçılığı ilə universitetlərdə seminarlara başlanıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

MEDİA-nın təşkilatçılığı ilə universitetlərdə seminarlara başlanıldı - Fotolar

Sosial

01 Oktyabr 2022 14:16 886


Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə gənclərin media sahəsində fəal iştirakına şərait yaratmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərinin artırılması və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün xarici mütəxəssislərin cəlb edilməsiylə silsilə seminarların keçirilməsinə başlanılıb.

Yenisabah.az xəbər verir ki, seminarların keçirilməsində əsas məqsəd xarici mütəxəssisləri cəlb etməklə Azərbaycan universitetlərində jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin beynəlxalq media təcrübəsinə yiyələnməsidir.

Silsilə seminarlar çərçivəsində ilk olaraq MEDİA Agentliyi və “ADA” Universiteti arasında bu il imzalanan əməkdaşlıq memorandumunun tərkib hissəsi kimi media sahəsində mütəxəssislərin hazırlanması məqsədilə Universitetin Kommunikasiya və Rəqəmsal Media ixtisasının tədrisində xarici mütəxəssislərin cəlb olunmasına başlanılıb. Agentliyin dəstəyi ilə cari tədris ilində Universitetdə kommunikasiya, marketinq və ictimai əlaqələr üzrə müvafiq fənləri Udin və Milan Universitetlərinin məzunu, kommunikasiya və marketinq, peşəkar brendin formalaşması üzrə strateji planlama istiqamətində ixtisaslaşan, Azərbaycan və Mərkəzi Asiya üzrə biznes brendləri ilə yaxından işləyən Tatyana Ravalli tədris edəcəkdir. Dominos pizza

Qeyd edək ki, Medianın İnkişafı Agentliyi müxtəlif universitetlərdə jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin xarici mütəxəssislərin cəlb olunduğu silsilə seminarlarda mərhələli şəkildə iştirakı istiqamətində layihənin icrasını davam etdirəcəkdir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!