MEDİA saytlar üçün müsabiqə elan etdi 

saytların hazırlanması

Evə çatdırılma

MEDİA saytlar üçün müsabiqə elan etdi 

Sosial

14 Noyabr 2023 15:38 525


Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib. 

Yenisabah.az xəbər verir ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər. 

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.  Dominos pizza

Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur. 

Müsabiqənin qaydaları ilə buradan tanış ola bilərsiniz. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!