MEDİA və ADA media nümayəndələrinə sertifikatlar verdi - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

MEDİA və ADA media nümayəndələrinə sertifikatlar verdi - FOTOLAR

Sosial

15 İyul 2021 08:01 692


Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə iyunun 14-dən iyulun 10-dək davam edən “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başa çatıb.

İyulun 14-də seminarın bağlanış mərasimində çıxış edən “ADA” Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə bildirib ki, bu təlimlər media sahəsində yeni trendin başlanğıcına, jurnalistlərin peşəkar inkişafına töhfə verəcək. 

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov seminarların əhəmiyyətindən danışıb. Sezar pizza

Daha sonra “ADA” Universitetinin prorektor müavini, İxtisasartırma Programlarının rəhbəri Aygün Hacıyeva seminarlar çərçivəsində əldə olunan nailiyyətlərə dair təqdimatla çıxış edib. Universitetin Kommunikasiya və rəqəmsal media üzrə müəllimi Şəfəq Mehrəliyeva seminarların buraxılışı münasibətilə iştirakçıları təbrik edib.Seminar iştirakçıları isə bu seminarların təşkilindən məmnunluğunu ifadə ediblər.Sonra seminar iştirakçılarına sertifikatlar təqdim edilib.Qeyd edək ki, seminarlarda 75 media qurumunun rəhbər üzvləri iştirak edib. Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli, həm də xarici, o cümlədən Al Jazeera və Haber Global-ın mütəxəssisləri təcrübələri ilə bölüşüblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!