“Megastore” supermarket 5000 kv.m-lik filialla Qubada 

saytların hazırlanması

Evə çatdırılma

“Megastore” supermarket 5000 kv.m-lik filialla Qubada 

Sosial

17 İyun 2022 16:54 2218


Üstün xidməti və münasib qiymətləri ilə seçilən “Megastore” marketlər şəbəkəsi növbəti filialının açılışını Quba şəhərində həyata keçirdi.

15 iyun – Qurtuluş Günündə açılışı gerçəkləşən filialda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və o cümlədən şəhər rəhbərliyi də iştirak edib. İcra başçısı çıxışı zamanı bu günü rayonda ilin iqtisadi hadisəsi kimi qiymətləndirib və şirkət rəhbərliyinə öz təşəkkürünü bildirib. 5000 kvadratmetrlik ərazidə yerləşən və 50 mindən çox çeşiddə məhsul satışı həyata keçiriləcək “Megastore” Quba filialında həmçinin 250-dən çox yerli sakin işlə təmin olunub ki, bu da rayonda məşğulluğun təmin olunmasına öz töhfəsini verməkdədir.

Həmçinin açılış tədbiri zamanı şirkət rəhbərləri, pərakəndə satış sektorunda əsas liderlərindən olan Eşqin İsmailli və Turan Özbahceci də ictimaiyyət qarşısında çıxış edərək onlara filial barədə və eyni zamanda növbəti layihələr haqqında məlumat veriblər.  Sezar pizza

Qeyd edək ki, “Megastore Quba” filialı “Grandmart”, “Bolmart”, “Megastore” və “Baqqal” markalarını özündə birləşdirən supermarketlər şəbəkəsinin 80-ci filialı olaraq xidmətə başlayıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!