“Məgər 152 min müəllimin hamısı rüşvətxordur?!”   – Ekspert problemi ictimailəşdirmənin əleyhinədir

saytların hazırlanması

Evə çatdırılma

“Məgər 152 min müəllimin hamısı rüşvətxordur?!” – Ekspert problemi ictimailəşdirmənin əleyhinədir

Sosial

05 Oktyabr 2021 13:09 1921


5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür. Bu günün qeyd olunması ilə bağlı qərar YUNESKO-da 1966-cı ildə verilib. Hazırda oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsində müəllimlərin peşə bayramı kimi qeyd olunur.

Bu gün bəzi məktəblərdə müəllimlər adlarına yaraşmayan bir şəkildə uşaqlardan pul yığır, digərləri bahalı hədiyyələr tələb edir. Belə hallara görə müəllim şagirdin gözündə cılızlaşır. 

Təhsil eksperti Elşən Qafarov Yenisabah.az-a açıqlamasında deyib ki, xüsusi günlərdə müəllimlərin üzərinə ictimai basqının olması artıq adət halı alıb: Dördpendirli pizza

“Adətən, 5 Oktyabr və 8 Martda müəllimlərin üzərinə bir ictimai basqı etməyə, “qara PiaR”a öyrəşmişik. Guya müəllimlər məktəbdə pul yığırlar və s. Cəmiyyət olaraq müəllimin nüfuzunu özümüz qorumalıyıq. Ölkədə 4.472 ümumtəhsil məktəbi, 85 mindən artıq sinif komplekti, 152 min müəllim, 1 milyon 600 minə yaxın şagird var. Bu çox böyk əhatədir. Əhatəliyinə görə, ümumtəhsil məktəblərində hansısa neqativ hal ola bilər”.

Ekspertin sözlərinə, 2008-2012-ci illərdə belə hallar kütləvi olub:

“Lakin illərlə aparılmış ardıcıll tədbirlər, zamanın dəyişməsi məkəblərdə kütləvi şəkildə pul yığımının qarşısını alıb. Vəziyyət artıq fərqlidir. Nə müəllim, nə valideyn, nə də şagird belə düşünür. Amma Azərbaycan müəllimi həmişə diqqətə, ən yaxşısı hədiyyəyə layiqdir. Şagirdlərə aşılanmalıdır ki, müəllimləri təbrik etmək üçün pul yığma doğru deyil”.

Elşən Qafarov qeyd edib ki, neqativ halları ictimailləşdirmək olmaz:

“Ölkənin ümumtəhsil məktəblərində bu hal kütləvi deyil. Tək-tək hallarda ola bilər. Belə olduğ halda birbaş Təhsil Nazirliyinə, rayon təhsil şöbəsinə müraciət edilməlidir. Məsələni ictimailləşdirmək bizə heç nə vermir. Əksinə, müəllim nüfuzunu aşağı salır. Hamı elə bilir ki, bütün müəllimlər rüşvətxordur. 152 min müəllimdən təbii ki, 60-ı belə ola bilər. Bütün peşə sahələri arasında belələri var. Hamı peşəyə sədaqətlə xidmət etmir. Odur ki, problemi ictimailəşdiməkdən çəkinməliyik.

Sözümün sonunda bütün müəllimləri bu gün münasibəti ilə təbrik edirəm. Ən böyük arzum budur ki, Azərbaycan müəllimi dünyanın ən peşəkar müəlliminə çevrilsin”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Hörmətli ELŞƏN bəy Siz ELƏ MƏKTƏB rəhbəri və ya ibtidai sinif müəllimi göstərə bilərsinizmi ki, O Rüşvət verməyib və rüşvət almayıb?
    5 years ago