Yeni yol: Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti... -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Yeni yol: Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti... - VİDEO

Sosial

03 İyun 2026 11:38 67


Mehdiabad, Binəqədi və ətraf ərazilərdən şəhər mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələri mövcud infrastrukturda ciddi yüklənmələrə səbəb olur. Hazırda bu istiqamətdən gələn sürücülər əsasən Binəqədi şosesi, Azadlıq prospekti, Bakı–Sumqayıt şosesi, Ziya Bünyadov prospektinə və digər şəhər yollarına daxil olmaq məcburiyyətində qalırlar. Bu marşrutlar xüsusilə Binəqədi şosesinin dar hissələrində, Azadlıq prospektinin və Ziya Bünyadov prospektinin kəsişmələrində gündəlik olaraq böyük tıxaclar yaradır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bəqliyyat vasitələri Mehdiabad, Binəqədi və ətraf ərazilərindən keçərək, oradan isə Binəqədi şosesi, Azadlıq prospekti, Bakı–Sumqayıt şosesi, Ziya Bünyadov prospektində və digər yaxın ərazilərdə mövcud olan tıxaclarla hərəkət etmək məcburiyyətində olurlar. Dördpendirli pizza

Mövcud problemi köklü şəkildə həll etmək məqsədilə Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinədək əlaqələndirilməsi nəzərdə tutulur. Gələcəkdə isə bu yol 8 Noyabr prospekti ilə birləşəcək.

İnşa ediləcək bu yeni irimiqyaslı yol Mehdiabad qəsəbəsi və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Bu addım nəticəsində nəqliyyat axını daha balanslı paylanacaq, xüsusilə Binəqədi–“20 Yanvar”–Ziya Bünyadov prospekti xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq və bir çox nəqliyyat vasitələri bu sıxlıqlardan kənarda alternativ yollarla hərəkət etmiş olacaq. Ümumilikdə, həyata keçirilən bu infrastruktur layihələri dairəvi yollarla birlikdə şəbəkə formalaşdıracaq və daha rahat alternativ marşrutlar yaranacaq.

Hazırda Azadlıq prospekti–Binəqədi şosesi istiqamətindən Binəqədi–Novxanı yoluna birbaşa və fasiləsiz yol bağlantısı mövcud deyil. Bu istiqamətdə hərəkət edən nəqliyyat axını ensiz və dönmə manevrləri çox olan yol ilə hərəkət etməyə məcbur qalır ki, həm hərəkət vaxtının artmasına, həm də yol şəbəkəsinin əlavə yüklənməsinə səbəb olur. Həmin yolda aparılacaq yenidənqurma işlərindən sonra birbaşa və fasiləsiz çıxış təmin ediləcək, nəticədə nəqliyyatın hərəkəti sadələşdiriləcək, marşrutlar qısaldılacaq və ümumi hərəkət səmərəliliyi artırılacaq. Həmçinin həmin istiqamətdən çəkiləcək yeni tramvay xətti sərnişinlərin rahat, təhlükəsiz hərəkətinə kömək olacaq, alternativ marşrut yaradacaq.

Sumqayıt-Xırdalan istiqamətindən metronun “Nəriman Nərimanov” stansiyasına hərəkət edən sərnişinlər, “20 Yanvar” dairəsi və şəhərin mərkəzinə daxil olmadan Ziya Bünyadov və Heydər Əliyev prospektləri istiqamətinə hərəkət edə biləcəklər.

Masazır istiqamətindən hərəkət edən nəqliyyat vasitələri yeni salınan Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti yolundan istifadə edərək “20 Yanvar” dairəsinə daxil olmadan Əhmədli, Hövsan istiqamətində hərəkət edə biləcək.

Pirşağı-Fatmayı-Mehdiabad istiqamətindən şəhərin cənub hissəsinə hərəkət edən sərnişinlər Binəqədi şosesinə daxil olmadan Mehdiabad-Baksol-Ziya Bünyadov prospektinə keçərək bu səfəri yerinə yetirə biləcəklər. Nəticədə Binəqədi şosesinin yükü iki yol arasında paylanacaq. Bu da qeyd edilən istiqamətdə tıxacların azalmasına səbəb olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!