Məhəmməd Psixiatriya Xəstəxanasından çıxdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Məhəmməd Psixiatriya Xəstəxanasından çıxdı - Video

Sosial

05 Aprel 2023 15:58 996


Bakıda Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verən qanunsuzluqlar barədə video çəkərək onu ictimailəşdirən və daha sonra Psixiatriya Xəstəxanasına yerləşdirlən 16 yaşlı Məhəmməd Hacıyev xəstəxanadan buraxılıb.

Yenisabah.az xəbər verir ki, psixiatriya xəstəxanasına yerləşdirilən Məhəmmədin qardaşı Əli Hacıyev qardaşını həmin xəstəxanadan çıxarıb.

Bu barədə "Ümid ilə gəl” verilişinin aparıcısı Tarix Əliyev sosial şəbəkə hesabında paylaşım edib. pizza hut

O, Əlinin qardaşına sahib çıxdığını deyib.

Məhəmməd bütün izləyicilərə üzünü tutaraq deyib: "Məni düşünmüsünüz, bundan sonra narahat olmayın. Uşaqlar evində qalan dostlarıma da demək istəyirəm ki, narahat olmayın, hər şey düzələcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!