Məhərrəm ayında yas mərasimlərinin keçirilməsinə icazə veriləcək?   - Deputatdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Məhərrəm ayında yas mərasimlərinin keçirilməsinə icazə veriləcək? - Deputatdan açıqlama

Sosial

30 İyul 2021 13:21 1363


İyul ayının 1-dən etibarən toyların keçirilməsinə icazə verilib. Artıq 1 aya yaxındır ki, hər kəs kütləvi şəkildə toy şənlikləri keçirir. Lakin qarşıdan Məhərrəmlik ayı gəldiyi üçün toyların azalmasının şahidi olacağıq. Məhərrəm ayının özəlliyi və toyların azalması nəzərə alınaraq yas mərasimlərinin keçirilməsinə də icazə verilə bilərmi?

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov mövzunu Yenisabah.az-a şərh edib. Deputat hazırda virusa yoluxanların sayında artım olduğunu qeyd edib:

“Təəssüf ki, virusa yolxanların sayında çox ciddi şəkildə artım var. Hesab edirəm ki, yas mərasimləri ilə bağlı qərar vermək üçün tezdir. Əvvəlki dövrdə yoluxma az olduğu üçün toylara icazə verildi. Hazırki dövrdə yoluxma çox olduğuna görə düşünürəm ki, bir müddət gözləməliyik. Artıq bir aydır insanlar toylarını kütləvi şəkildə keçirir və yoluxmalar artır. Yoluxmalar azaldıqdan sonra yas mərasimləri barədə bir qərar qəbul ediləcək”. Marqarita pizza

Ceyhun Məmmədov toy və yaslardakı israfçılıq haqda da danışıb:

“Bir məsələni də insanlara xatırlatmaq istəyirəm ki, həm toylarda, həm də yaslarda müəyyən mənada israfçılqdan uzaq durmaq lazımdır. Bilirsiniz ki, Azərbaycan dövləti uzun müddətdir israfçılıqla bağlı öz narahatlığını ifadə edib. Diqqətli olmaq lazımdır”.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!