“Məhərrəmlikdə toy edənlərə irad bildirməkdə məqsədim...” – Hacı Surxay qalmaqallı açıqlamasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Məhərrəmlikdə toy edənlərə irad bildirməkdə məqsədim...” – Hacı Surxay qalmaqallı açıqlamasından danışdı

Sosial

11 Oktyabr 2021 09:11 6432


“Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!”

“Yeni Sabah” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü Hacı Surxay Məmmədli deyib. O, bildirib ki, müharibədə döyüş də var, şəhidlik də var:

“Şəhidlik Vətənə məhəbbətin zirvəsidir.  Şəhidlik adı ölüm deyil, vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Sezar pizza

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq 2021-ci il sentyabrın 27-sindən Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.Hazırda ölkənin hər yerində abidələr, xatirə kompleksləri, bulaqlar inşa edilir, şəhidlərə həsr olunmuş guşələr yaradılır və onların ailə üzvləri ilə görüşlər keçirilir. Belə həssas günlərdə məni heyrətləndirən və düşündürən bir məsələni sizlərə bölüşmək isrəyirəm,əziz xalqım.

Çox maraqlıdır...

Məhərrəm ayında  qeyrət  nümayiş etdirib, mənə irad tutanlar, sözüm sizlərədir: "Bu aylar Şəhidlərimizin il dönümü ərəfəsidir, Anaların göz yaşları qurumayıb! Hər gün şəhidlərimiz anılır, onların ruhuna dualar oxunur,  sizlər isə toy edirsiniz...

Bəs buna sözünüz nədir, bunu kimin adına yazacaqsınız ?!”

Məhərrəm ayında toy edənlərə irad bildirməkdə məqsədim bu günlər üçün idi. Şəhidlərimizin anım günlərində toy edənlər, bəs buna fikirləriniz necədir? Şəhidlik məktəbindən dərs alan şəhidlərimizin anım gününə hörmət etməyi din tələb etmir, şərəf  ləyaqət və milli kimlik tələb edir. Məhərrəm ayında İmamımıza yas tutduğumuz kimi bu günlərdə də şəhidlərimizi anırıq. Çünki biz milli-mənəvi, dini dəyərlərimizlə yaşayır, onlara hörmət və ehtiram edirik”.

Xatırladaq ki, Hacı Surxay məhərrəmlik ayında toy etməyin düzgün olmadığını bildirərək demişdi: “Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır. Əgər ailə saadətindən, xoşbəxtlikdən danışa bilmiriksə, uşaqların sağlamlığı da sual altında olacaq”. Bu ifadələrə görə o sərt tənqid edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şəfahət
    Hacı qətiyyən xeyri yoxdur Barmağın ballı olsa belə ağızlarına soxsan zəhər dadarlar.Özünü yorma.Elçibəy demişkən kəndinə qayıt.Bunların ideologiyası tam formalaşıb.Əsas elementləri antişiyə anti fars və anti əhli beyitdir.Öz talışına gün ağla bəsd əllaməlik elədin.Bu məsləhəti şeyxədə ver.MƏSLƏHƏTDİ!
    5 years ago
  • BƏHRAM BASGALLI
    GUR'ANDA NƏ HİCAB YOKDU, NƏ SİĞƏ YOKDU NƏ ŞƏRAB, İNCƏSƏNƏT GADAĞASI YOKDU, NƏ ƏLİ YOKDU, NƏ MEHDİ YOKDU...O CÜMLƏDƏN, AŞURA DA YOKDU. BÜTÜN BUNLAR MƏ'LUM TƏRİGƏTİN VƏ ONUN BÖLMƏLƏRİNİN UYDURMASIDI.
    5 years ago
  • RAHİM
    Neçə Hacı ailəsindən VƏTƏN MÜHARİBƏSİDƏ İŞTİRAK EDİB QAZİ VƏ YAXUD ŞƏHİD OLAN OLUB? NİYƏ HACILARIN AİLƏSİNDƏN O ZİRVƏYƏ UCALAN OLMAYIR?
    5 years ago
  • Ələsgər Ələsgərov
    Surxay səni yaxsi tanıyıram vaxtı ilə oturduğun məscidi mən təmir etmişəm. Özün bilirsən sünni şiə yaradılmış bir vasitədir . Öz şəhidlərimiz var bəsdir ərəblər üçün aqladiq.
    5 years ago
  • Husu İbrahimov
    Təəssüf ki, Hacı Surxay ünvanna deyilənlərdən nəticə çıxarmayıb
    5 years ago