“Məhərrəmlikdə toy etmək məsləhət deyil“   - Hacı Surxay

saytların hazırlanması

Evə çatdırılma

“Məhərrəmlikdə toy etmək məsləhət deyil“ - Hacı Surxay

Sosial

18 Avqust 2021 13:17 19434


Avqustun 10-u Məhərrəm ayı başlayıb. Əvvəllər Məhərrəm ayında insanlar adi şənlikləri, ad günlərini belə keçirmirdilər. İndi isə toyların ardı-arası kəsilmir.

Bunun səbəbi təxminən bəllidir. Əhali karantin rejiminin yenidən sərtləşdiriləcəyindən ehtiyatlandığı toy mərasimlərinin keçirilməsinə əvvəlki illərdə olduğu qədər soyuq yanaşmır.

Bəs din xadimləri bu barədə nə düşünürlər? Məhərrəmlikdə toy etmək olarmı? Sezar pizza

Tanınmış din xadimi, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O, Məhərrəm ayında sevinməyin belə haram olduğunu vurğulayıb:

“Klassik janr ədəbiyatında Məhəmməd Füzulinin bir beyti var. Deyir ki, “Mahi Məhərrəm oldu, məqsədimiz haramdır”. Məhərrəm ayı gəldiysə, sevinmək belə haramdır. Nəyə görə haramdır? Bəzi insanlar deyir ki, bir ərəb ölüb ona görə yas saxlayırıq. Bu yalnış bir düşüncə və savadsızlığın əlamətidir. İmam Hüseyn peyğəmbər nəvəsidir, o, haqq və ədalət, qardaşlıq uğrunda şəhid olub. Şəhid hansı ölkənin, haranın şəhididir deyə bir anlam yoxdur. Şəhidliyin bir adı var, Quranda şəhidliyin necə əzəmətli olması haqqında danışılır. İmam Hüseyn bütün mənsəblərin ortaq dəyəridir. İmam Hüseyn ərəb və əcəm deyil. Şəhidliyin simvolik nümunəsidir.

Şəhidlərə yas saxlamaq bizim inancımızdan irəli gəlir. Bəzi insanlar deyir ki, şəhidlər üçün ağlamaq olmaz. Əgər bir insan torpağa tapşırılırsa onun üçün necə ağlamamaq olar? Məhəmməd peyğəmbər oğlu İbrahim öləndə ağladı. Dedilər Ya Rəsulallah niyə ağlayırsan? Dedi “ciyərimin bir parçasını torpağa basdırdılar”.

Bu səbəblərdən Məhərrəm ayında toy etmək icazəli deyil. Bu şəhidlərə qarşı hörmətsizlik, Peyğəmbərin ailəsinə qarşı bir təhqirdir. Bir xalqı xalq edən onun milli və mənəvi dəyərləridir. Məhərrəm ayı Azərbaycan xalqının əsrlər boyu ruhundan süzülüb gəlib. XIV əsrdən bəri Azərbaycanın qan yaddaşına yazılıb. İmam Hüseyn İslam aləmində insanlığın kamil nümunəsidir”.

Müsahibimiz Məhərrəm ayında evlənənlərin xoşbəxt olub-olmayacağıyla bağlı iddialara münasibət bildirib:

“Məhərrəmlikdə sevinmək nə qədər icazəli deyilsə, toy etməkdə o qədər icazəli deyil. Biz övladlarımızı böyüdürük, gələcək nəsillərin inkşafı  üçün onları evləndirib, xeyr dua veririk. Toy vaxtını isə 3-4 ay öncədən təyin edirik ki, əlamətdar gün olmasın. Yəni şəhidlik, torpaqlarımız işğal altında olan zaman işğal günlərində toy keçirilmirdi. Bu bizim inancımızdır, heç vaxt unutmamalıyıq.

Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır. Əgər ailə saadətindən, xoşbəxtlikdən danışa bilmiriksə, uşaqların sağlamlığı da sual altında olacaq. Bir din xadimi olaraq bu mənim subyektiv fikrimdir.

İslam fəlsəfəsində bir məsələ qeyd olunur. Dünyada tam xoşbəxt və tam bədbəxt insan yoxdur. İnsanlar həyatda elə iş qurmalıdırlar ki, gələcəkdə ailələrinin, balalarının xoşbəxtliyini sual altında qoymasınlar”.

Mehri Qurban 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elman
    Hacı Sirxay Allah sizdən razı olsun. Bəli məhərrəm ayında toy edən şəxslər bilməlidi ki , Allahın ən sevimli peyqenberi hz. Muhəmməd. s.ə s.ən sevimli nəvəsi və o cümlədən Əhlibeytin sonuncusu , hz iman Huseyin .ə.s qətliamı baş verib. Tarixdə misli olmayan bir qətlamı zinadan əmələ qələn lənıtullah Yezid ibn Muaviyyənin əmri ilə həyata kecrildi. Kim peyqenberi sevirsə demək onun ovladlnı nəvəsini birmənalı sevməlidir. Hz. İmam Huseyni .ə .yalnız mömin sevər mömin ona yas matəmi salar. PS. Əziz Mustafayev yaznızdan bəllidi əqidəniz vahabizimdi . Vahabizim əqidəsi İslamda yoxdur. Vahabizim islamın və Əhlibeytin düşmənidi.
    5 years ago
    • Sədrəddin
      Sədrəddin
      Əvvəla "Peyğəmbəri sevən onun nəvəsini də sevməlidir"kimi hökm vermək olmaz. Sevmək ürəklə bağlıdır, hökmlə deyil. Sevmək bilməklə bağlıdır, o Kərbəla hadisələrinin mahiyyətinə varıb içində yaşatmanla bağlıdır. Kor-koranə deyil. İkincisi, Əziz Mustafanın dediyi o fikirlərə görə ona vəhhabi damğası vurmaq da haqsızlıqdır. Gərək vəhhabiliyi də biləsən, Kərbəlanı bildiyin kimi, ondan sonra kimi isə bu məsələdə suçlayasan. Bir az diqqətli olmaq lazımdır. Bunlar yazılr ki, həqiqət ortaya çıxsın, bir-birimizi suçlayıb qılınc çəkək deyə deyil.
      5 years ago  Like (0)
  • Fuad
    DEYİR 14 CÜ ƏSRDƏN BƏRİ AZƏRBAYCANİN QAN YADDAŞINA YAZILIB.ONDAN ƏVVƏL BƏS NƏTƏR QAN YADDAŞINA YAZİLMAMIŞDİ YA YADDAŞSIZLIQ İDİ.iranin AZƏRBAYCANDAKİ AGENTLƏRİDİ BUNLAR HAMSİ.SƏN ALLAHSANKİ QƏRAR VERİRSƏNKİ MƏHƏRƏMLİKDƏ TOY EDENLƏRİN UŞAQLARİ XƏSTƏ OLACAG HARDAN BİLİRSƏN BUNU AY HƏCİİİ. Allah şah ismayilin yaratdiqi tarixi bizimcin yaratmaz olaydi.Butun islam bir yanadi iran və Azərbaycandaki bir iki həci bir yana.
    5 years ago
  • Anar
    Allah şəfa versin.
    5 years ago
  • Hacı Surxay
    Düz deyirəm
    5 years ago
  • Babaxan Taxmazov
    Hacı Surxay heç bir dini kitabda yazılmayıb ki məhərrəmlikdə toy etmək olmaz.Yaxşi olardı ki siz hacilar 1400 il bundan qabaq ölənlərə yox ,3000 gənc Azərbaycanli balalarına yas saxlayaydiniz.Siz toy edənləri qorxutmasın ki məhərrəmlikdə toy edənlər xoşbəxt olmurlar.Əgər elədirsə niyə Qərb rayonlarında həmişə toy olub heç bir bədbəxtçilik olmayıb.Camaati panikaya salmayın və sənin kimi hacılar məhərrəmlikdən istifadə edib öz maraqlarinizi girməyin.
    5 years ago
  • Elşən
    Məhərrəm ayı digər aylar kimi sıradan bir aydır. Bu ayda müqəddəs heç nə yoxdur. Əgər Surxay və ya qeyri birisi hər hansı ayı, günü özü üçün müqəddəs hesab edirsə bu o demək deyilki bu hər kəs üçün belədir. Yaxşısı budur Surxay desin görək vəzifəsindən sui istifadə edib, xalqın malını talan edənlər,rüşvət alanlar, seçkini saxtalaşdıranlar necə xoşbəxt olacaqmı?
    5 years ago
  • Əziz Mustafayev
    Hacı Surxay iddia edir ki, məhərrəmlikdə toy edənlərin uşaqları əlil və ya sağlam doğulmayacaqlar. Bildiyim qədər Qurani -Kərimdə məhərrəmlikdə toy edilib-edilməməsi barədə heç nə yoxdur. Kainatın Günəşi hesab edilən Peyğəmbər əfəndimizin məhərrəmlikdə toyu qadağa etməsi barədə hər hansı bir məlumat yoxdur. Bu sadəcə olaraq islam dininə arxadan zərbə vuran İran mollalarının oyunundan başqa bir şey deyil. İndi Hacı Surxay haradan bilir ki, məhərrəmlikdə toy edənin uşaqları sağlam doğulmayacaq? Uşaqların anadan necə doğulmasını Uca Allahdan başqa heç bir bəndə, hətta onun peyğəmbərləri belə bilməz. Amma Hacı Surxay görünür əstəğfurullah Allahlıq eşqinə düşüb. Yoxsa o belə iddia ilə çıxış edərək camaatı cəhalətə sürükləməzdi. Hacı Surxay kimilərinə demək istəyirəm ki, qoy camaat özü bildiyi kimi eləsin, istəyən toy etsin, istəməyən toy etməsin, İranın cəhalətini bura gətirməsin, bəsdir...
    5 years ago
  • Əziz Mustafayev
    Qurani-Kərimdə Məhərrəmlikdə toy edilib-edilməyəcəyi barədə heç nə qadağa yoxdur. Peyğəmbər əfəndimiz də bununla bağlı hər hansı qadağa qoymayıb. Bu, İran mollalarının oyunudur. Siz haradan bilirsiniz ki, məhərrəmlikdə toy olsa uşaqlar əlil olacaq? Kim sizə Allahlıq iddiasına düşərək milləti qorxutmağa ixtiyar verib? Hər hansı ayda uşaqların anadan necə doğulacağını Allahdan başqa heç kim bilməz. Ayıbdır camaatı cəhalətə sürükləməyin. Kim istəyir toy etsin, kim istəmir etməsin. Bu onun öz işidir
    5 years ago
  • Əhməd
    Savadsiz yanaşmadir.Onda gərək Turkiyənin 99 faizi şikəst olaydi.Onlar məhərrəmlik ayi saxlamirlar
    5 years ago