Müğənni Mehin Hümbətova həmkarı Natavan Həbibini dəstəkləyib.
Yenisabah.az xəbər verir ki, o, fikirlərini sosial media hesabında i yazıb:
“Təəssüf ki, səhnəmizi alaq otları bürüyüb. Sənəti olmayanlar müxtəlif üsullarla gündəmi müvəqqəti zəbt edib, musiqi sənətimizə xələl gətirirlər. Üstəlik, danışanda da ağızlarına çullu dovşan yerləşmir”. pizza hut
Qeyd edək ki, Natavan Həbibi sosial media hesabında bu fikirlərə yer vermişdi:
“Bəzən musiqi ilə guya məşğul olub, özlərini əsl musiqiçilərlə bir görə bilərlər, amma bu, musiqimizə zərərdən başqa bir şey deyil. Hər kəsin öz işi var və olmalıdır da. Heç olmasa ulduzluq xəstəliyindən qoruyun özünüzü. Çünki dərmanı yoxdur”.
Telegram kanalımız