Məhkəmə işi olan şirkətlə 400 min manatlıq müqavilə   imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə işi olan şirkətlə 400 min manatlıq müqavilə imzalandı

İqtisadiyyat

18 Avqust 2026 09:49 32


Bakı Sağlamlıq Mərkəzi mövcud soyutma və isitmə sistemlərinin tez köhnələn hissələrinin alınması, quraşdırılması və sazlanması ilə bağlı satınalma həyata keçirib.

“Yeni Sabah” xəbər verir ki, satınalma prosesi çərçivəsində “EUROCLİMA” MMC ilə müqavilə imzalanıb. Müqavilənin ümumi məbləği 399 865,36 manat təşkil edir.

Qeyd edək ki, sözügedən şirkət 2006-cı ildə təsis edilib. 2019-cu ildə “Euroclima” MMC xidmət müqaviləsi üzrə ödənilməmiş 96 810 manatın tutulması tələbi ilə “Azenco” ASC-yə qarşı məhkəməyə müraciət edib. Pepperoni pizza

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək ərizəni geri qaytarıb. Səbəb isə Mülki Prosessual Məcəllənin 150.0.4-cü maddəsinin tələbinə əməl olunmaması olub. Belə ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdeh “Azenco” ASC tərəfindən alındığını təsdiq edən sənəd ərizəyə əlavə edilməyib.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!