Ehtiyatda olan polkovnik-leytenant, Qarabağ qazisi Şahmurad Məmmədovun Sumqayıt məhkəməsində infarkt keçirərək ölməsi ölkədə böyük ajiotaja səbəb olub. Mərhumun vəfatıyla bağlı çeşidli informasiyaların yayılması hadisəyə aydınlıq gətirilməsini qaçılmaz edib.
Vəfat edən qazinin həyat yoldaşı Kəmalə Kərimova Yenisabah.az-a hadisənin səbəblərini danışıb. O bildirib ki, həyat yoldaşına aid olan kredit borcunun ödənilməsi tələbi ilə “Muğanbank” məhkəməyə müraciət eləmişdi. Məhkəmə vətəndaş Şahmurad Məmmədovun kredit borcunun müqabilində pensiya kartının bloklanması barədə qərar çıxarıb, son pensiya köçürülməsindən sonra proses icra edilərək kartdakı pul borcun müqabilində banka köçürülüb. Hadisənin baş vermə səbəbi də bundan sonra başlayıb:
“Məhkəmədə qalib təərf olan bank qərarın icrası üçün pensiya kartını bloklayıb. Onun bundan xəbəri yox idi, pulu çəkərkən öyrənmişdi. Elə orda əsəbləşib. Təzyiqi qalxıb, ürəyi partdayıb ölüb. Hazırda dəfn işləriylə məşğuluq. Şahmurad Vətənini ailəsindən çox sevən kişi idi. Onu itirmək bizimçün böyük faciədir”. pizza
Mövzunu davam etdirəcəyik...
Nurlan Cəfəri
Telegram kanalımız