Mehriban Əliyeva Avropa çempionatında uğurlu çıxış edən gimnastlarımızı təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyeva Avropa çempionatında uğurlu çıxış edən gimnastlarımızı təbrik etdi

Siyasət

21 May 2023 20:57 730


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyeva Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında uğurlu çıxış etmiş Azərbaycan gimnastlarını təbrik edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Mehriban Əliyeva öz “Instagram” hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Ura! Sizi təbrik edir, sizinlə fəxr edirəm! Çox möhtəşəmsiniz! Əməyinizə, qələbə əzminizə, gözəlliyinizə və zərifliyinizə görə çox sağ olun!” pizza mizza

Xatırladaq ki, sözügedən yarışda böyüklərdən ibarət qrup hərəkətlərində Azərbaycan komandası qızıl, gənclərdən ibarət qrup komandamız çempionatın çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub. Gimnastımız Zöhrə Ağamirova top ilə yarışda bürünc mükafata layiq görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!