Xalq artisti Mehriban Zəki Fəxrəddin Manafovla bağlı müraciət edib.
Yenisabah.az xəbər verir ki, bu barədə o, "Instagram"da paylaşım edib.
Aktrisanın sözlərinə görə, sosial şəbəkələrdə F. Manafovun adına hesablar açılır: Pepperoni pizza
“Bir neçə gün əvvəl "Instagram" hesablarından birində bir xəbərlə rastlaşdım ki, Fəxrəddin Manafov paylaşım etdi. Sonra axtarışa verdim və qarşıma Fəxrəddin müəllimin adına bir neçə hesab çıxdı. Kifayət qədər izləyicisi var.
Burdan həmin səhifələri izləyən dostlarıma xəbər vermək istəyərdim ki, Fəxrəddin Manafov sosial mediadan istifadə etmir. Bu barədə dəfələrlə müsahibələrində də deyib. Onun adına hesab açan şəxslərdən isə xahiş edərdim ki, səhifələrin fan səhifələr olduğunu qeyd etsinlər. İzləyiciləri çaşdırmayın lütfən”.
Telegram kanalımız