“İstənilən halda 5 ay cəza müddəti deyil və məncə, bu, istintaq dövrü üçü nəzərdə tutulan həbsdir".
Bu sözləri Yenisabah.az-a açıqlamasında “Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
O, Bərdənin Kətəlparaq kəndində 3 nəfərin 14 yaşlı qızı zorlanması hadisəsi haqqında danışıb. pizza
Sosial şəbəkələrdə şübhəlilərin hər birinə 5 ay həbs cəzası verilməsi ciddi etirazlar doğurub. Əksəriyyət cəza müddətinin azlığına hiddətlənir.
M. Zeylaovanın sözlərinə görə, məlum hadisənin istintaq araşdırması hələ bitməyib:
"İstintaq davam etdiyindən 5 aylıq həbs qərarı verilib. Əslində, bunu belə göstərməli deyildilər. Çünki cəmiyyətdə birmənalı qarşılanmır. Cəmiyyət düşünür ki, zorlama faktına 5 ay cəza verilibsə, ağ oldu. Məlumatı ətraflı paylaşmalı idilər. Məsələn, bu cəza nəyə görədir, niyə bu müddətə verilib və s. Bu da bəziləri üçün əlverişli bir məqam yaradır ki, istədiyim vaxtı istənilən şəxsi zorlaya və 5 ay cəza aldıqdan sonra azadlığa çıxa bilərəm”.
QHT rəhbəri aydınlaşdırıb ki, cinayəti törətməkdə şübhəli bilinənlər (ikisi 18 və biri 20 yaşlı) gənclərdir:
“Hər halda sosial şəbəkələr üçün məlumat yayılanda tam və qərəzsiz olmalıdır. Yaxud da jurnalistlər məsələnin məğzini daha dəqiq öyrənməlidir. Şübhəsiz, məlumatı yayan orqan geniş bilgi verməlidir. 5 ay informasiyası heç də yaxşı bir mesaj deyil və digərləri üçün fərqli fikirlər formalaşdıra bilər.
Odur ki. çevik ekspert qrupumuz adından da bu məsələyə dair müraciətimiz olacaq. Araşdırıb dəqiqləşdirəndən sonra məlumatı ictimaiyyətə çatdıracağıq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız