Türkiyədə tyuq dönərindən kütləvizəhərlənmə olub.
“Yeni Sabah” Lent.az-a istinadən bildirir ki, hadisə Bartın vilayətindəki orta məktəb binasının yanındakı restorandan birində baş verib.
Naharda toyuq dönəri yeyən 10-u tələbə olmaqla 18 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Qida zəhərlənməsi şübhəsi ilə müalicə alan 7 nəfər müalicə olunduqdan sonra evə buraxılıb.
Zəhərlənənlər arasında olan hamilə qadının xəstəxanada müalicəsi davam edir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Telegram kanalımız